İsraildə Rusiyanın 16 vətəndaşı həlak olub

Fələstinin radikal HƏMAS hərəkatının silahlılarının İsrailə hücumu nəticəsində 16 Rusiya vətəndaşı həlak olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov məlumat verib.

Onun sözlərinə görə, daha 9 nəfər hələ də itkindir. Bundan əlavə, Rusiya Federasiyası və İsrailin ikili vətəndaşlığı olan bir nəfər HƏMAS-ın girovluğundadır.

Diplomat əlavə edib ki, Rusiya tərəfi öz vətəndaşlarını döyüş bölgəsindən, ilk növbədə Qəzza zolağından təxliyə etmək üçün bütün tədbirləri görüb, indi Misirlə sərhəddə yerləşən Rəfah şəhərində nəzarət-buraxılış məntəqəsinin açılmasını gözləmək qalır.

Musavat.com

17.10.2023 14:47
280