İsraildə Netanyahunun iqamətgahına hücumdan sonra üç nəfər saxlanılıb

İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahına atəş açılmasından sonra üç nəfər saxlanılıb.

Baş nazirin evinin yaxınlığından atılan iki raket həyətə düşüb. "The Times of Israel" yazır ki, hadisə nəticəsində dağıntı olmayıb. Raketin buraxılışı zamanı Netanyahu və ailəsi evdə olmayıb.

Xatırladaq ki, oktyabrın ortalarında da İsrail baş nazirinin iqamətgahı pilotsuz uçan aparatən (PUA) hücumuna məruz qalmışdı.//Oxu.Az

18.11.2024 02:57
463