İsraildə iki partlayış oldu, 18 yaralı- FOTO

İsrailin Yerusəlim şəhərində iki partlayış baş verib.

“Qafqazinfo” “Jerusalem Post”a istinadən xəbər verir ki, partlayışlardan biri mərkəzi avtobus stansiyasının yaxınlığında, digəri isə bir qədər aralıda avtobusda baş verib.

İsrail polisinin ilkin məlumatına görə, stansiyanın yaxınlığındakı partlayışa səbəb avtobusun yaxınlığında qoyulmuş bomba ola bilər.

Partlayış nəticəsində azı 18 nəfərin xəsarət aldığı məlumdur. Onlardan 2-sinin vəziyyəti ağırdır.

23.11.2022 11:18
628