İsraildə etiraz aksiyası iştirakçılarının sayı 700 min nəfərə çatıb

İsraildə Qəzza zolağında atəşkəs razılaşması tələbi ilə keçirilən etiraz aksiyalarının iştirakçılarının sayı 700 min nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Ynet” portalı etiraz aksiyalarının təşkilatçılarına istinadən məlumat yayıb.

“Kütləvi mitinq şənbə günü Fələstin radikalları tərəfindən 330 gün əsirlikdə qalan 6 girovun öldürülməsi xəbərinin ardınca fəallar tərəfindən təşkil edilib. Bazar günü axşam ölkə boyu etiraz aksiyalarında 700 min insan iştirak edib, Təl-Əvivin Kaplan küçəsindəki əsas nümayişdə isə iştirakçıların sayı 550 mindir”, – məlumatda diqqətə çatdırılıb.

02.09.2024 03:19
1029