Jeremy Loffrado İranın bir neçə İsrail hava bazasına raket zərbələri endirdiyi haqda reportaj verdikdən sonra İsrail məhkəməsi ilə qarşı-qarşıya qalıb.
ABŞ jurnalistin hərəkətlərindən sonra mümkün diplomatik insidentdən qorxur.
"Fox News" ilə də əməkdaşlıq edən 28 yaşlı jurnalist digər 4 jurnalistlə birlikdə saxlanılıb.
"Yediot News"un xəbərinə görə, saxlanılan jurnalistlər İsrailin Nevatim və digər aviabazasının İran raketləri ilə vurulması haqda reportaj yayımladıqdan sonra İsrailin milli təhlükəsizliyinə xələl törətməkdə ittiham olunublar. /Azad İran