İsrail XİN-də axtarış aparıldı

İsrail polisi Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, axtarış “Lahav-433” xüsusi təyinatlı dəstəsinin dələduzluqla mübarizə departamentinin müstəntiqləri tərəfindən aparılıb.
Polis hüququ olmayan şəxslərə diplomatik pasportların verilməsindən şübhələnir. Axtarış zamanı idarədən müxtəlif sənədlər götürülüb.

Musavat.com

07.08.2024 15:04
652