İsrail və Suriya arasında birbaşa danışıqlar BAŞLADI

İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Hanegbi İsraillə Suriya arasında birbaşa danışıqların aparıldığını təsdiqləyib. Bu barədə məlumatı Israel Hayom qəzeti yayıb.

Musavat.com xəbər verir ki, Hanegbi bu açıqlamanı 22 iyun tarixində İsrail parlamentinin Xarici İşlər və Müdafiə Komitəsinin qapalı iclasında verib. O, qeyd edib ki, Suriya və Livan “normallaşma namizədləri” hesab olunur və bu proses Əbraham Sazişləri çərçivəsində aparılır.

Hanegbi bildirib ki, İsraillə Suriya arasında bütün səviyyələrdə birbaşa və gündəlik dialoq gedir və o, şəxsən suriyalı rəsmilərlə bu danışıqlarda iştirak edir.

Parlament üzvlərindən biri Hanegbiyə Golan Təpələrindəki bufer zonadan İsrail qoşunlarının çıxarılması ehtimalı ilə bağlı sual verib. Hanegbi cavabında bildirib ki, əgər normallaşma baş verərsə, bu məsələni nəzərdən keçirə bilərlər.

Musavat.com

24.06.2025 20:38
1114