İran hökuməti İsrailin aviazərbələrindən 20 hərbi obyektin dağıldığı barədə xəbərləri təkzib edib. “Tasnim” Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bir qədər əvvəl “The New York Times“ nəşrinin hava əməliyyatında “F-35” də daxil olmaqla, 100 ədəd İsrail qırıcısının iştirakı ilə bağlı yaydığı informasiya da həqiqətə uyğun deyil:
“Aviazərbələrdən zərər çəkən nöqtələrin sayı dəfələrlə azdır. İsrail tərəfi belə məlumatları yaymaqla hücum cəhdinin zəif olması ilə bağlı həqiqətləri gizlətməyə çalışır”.
İsrail İranı ölkəyə aviazərbələr endiriləcəyi ilə bağlı üçüncü ölkələr vasitəsilə əvvəlcədən xəbərdar edib. “Axios” qəzetində dərc edilib. Xəbərdarlıqda, həmçinin aviahücumlara cavab veriləcəyi təqdirdə daha qətiyyətli adekvat tədbirlərin görüləcəyi qeyd olunub.
İsrailin İrana vurduğu zərbələrdən dəyən ziyan cüzi qiymətləndirilir. Bu barədə İranın İRNA dövlət informasiya agentliyi məlumat yayıb. Bildirilir ki, İsrail Tehran, Xuzistan və İlam vilayətlərindəki hərbi hissələrə hücum edib.
"Nəticədə bəzi ərazilərə məhdud ziyan dəyib. Hücumların qarşısı İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi tərəfindən uğurla alınıb və dəf edilib, çünki hava hücumundan müdafiə (HHM) vasitələri Tehran ətrafında bir neçə rayonda və bütün ölkə ərazisində yerləşdirilib", - deyə məlumatda qeyd olunub.
“İndi İsrailin İranda əməliyyatlar keçirməsi üçün daha əlverişli şərait yaranıb və İran səhvə yol versə yenidən cavab verəcəyik”. İsrail Ordusunun sözçüsü Daniel Haqari deyib.
“Bizim mesajımız aydındır, İsrail dövlətini təhdid edən və bölgəni daha geniş gərginliyə sürükləməyə çalışanların hamısı bunun əvəzini ağır ödəyəcək”, - o bildirib.
İsrailin İrana hava hücumlarından sonra SEPAH bəyanat yayaraq zərbə endirilən yerlər barədə məlumat və foto, video paylaşanların cəzalandırılacağı barədə xəbərdarlıq edib. SEPAH Mütəşəkkil Cinayətkarlıq Araşdırma Mərkəzi bildirib.
“Buna əməl etməyənlər İsraillə əməkdaşlıqda günahlandırılacaq və 1 ildən 10 ilə kimi həbs cəzasına məhkum ediləcək”, - bəyanatda qeyd olunub.
Gürcüstanda isə parlament seçkiləri ilə bağlı səsvermə başlayıb. Səhər saat 08:10-da ölkə prezidenti Salome Zurabişvili səs verib. “Mən “kimə” yox, “nə”yə - 22 il əvvəl bu ölkəyə gəldiyim yeni Gürcüstana səs verdim.
Atalarımın dua etdiyi Gürcüstana, bütün gürcüstanıləarn dua etdiyi Gürcüstana...Bu gecə uduzan olmayacaq, çünki Gürcüstan qalib gələcək”, o, jurnalistlərə bildirib.
“Gürcüstan müxalifəti parlament seçkilərinin nəticələri ilə barışmayacaq”. Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib. “Təbii ki, onlar seçkinin nəticələrini qəbul etməyəcəklər, lakin onların ölkədə iğtişaş yaratmağa imkanları yoxdur”, - hökümət başçısı vurğulayıb.
TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə İranı və Gürcüstanı müzakirə edir.
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: