İsrail təkzib etdi: Belə plan olmayıb...  


İsrailin may ayında İranın nüvə obyektlərini vurmaq planı hazırlamasına dair məlumatlar doğru deyil.

Musavat.com
xəbər verir ki, bu açıqlamanı İsrailin xarici işlər naziri Gideon Saar “The Telegraph” qəzetinə müsahibəsində verib.

O, İsrailin İranın nüvə proqramına qarşı əməliyyat keçirmək niyyəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirmək istəyinə cavab olaraq deyib: “Mən İsrail təhlükəsizlik kabinetinin üzvüyəm, bütün iclaslarda kiçik bir dairədə iştirakm edirəm və belə bir qərarı xatırlamıram.

Mən belə bir qərarın verildiyini düşünmürəm. Amma İsrailin məqsədi İranın nüvə silahı əldə etməsinə mane olmaqdır. Bu məqsədə diplomatiya yolu ilə nail olmaq olarsa, bu məqbuldur".
Bununla belə, Saar İrana etibar etməmək barədə xəbərdarlıq edib. O, Tehranın İranın nüvə proqramı probleminin "zəruri həllinin" qarşısını almaq üçün qismən razılığa gəlməyə cəhd edə biləcəyini deyib.
Nazir qeyd edib ki, İran hazırda “nisbi zəiflik mövqeyindədir” və bundan istifadə etmək lazımdır, nəinki, vəziyyət yenidən dəyişənə qədər vaxt itirmək.

Qeyd edək ki, bir müddət əvvəl “The New York Times” qəzeti ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahuya ilə aprel görüşündə Vaşinqtonun İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək planını dəstəkləməyəcəyi barədə məlumat verdiyini yazmışdı. Nəşr iddia edir ki, İsrail may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırıb. Lakin Tramp nüvə proqramını məhdudlaşdırmaq üçün Tehranla danışıqların lehinə bu plandan geri çəkilib.
Sonradan “The Jerusalem Post” qəzeti yazıb ki, İsrail hakimiyyəti 2024-cü ilin oktyabrından bəri dəfələrlə İranın nüvə proqramı obyektlərinə zərbələr endirmək imkanını araşdırıb.

Musavat.com

20.04.2025 15:03
1073