İsrail SEPAH-ın müşavirini məhv edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri öldürülüb. O, İsrailin Dəməşqə hücumu nəticəsində məhv edilib.

AzVision.az xəbər verir ki, bu barədə Tasnim agentliyi SEPAH-a istinadən məlumat yayıb.

Xatırladaq ki, İsrail martın 31-nə keçən gecə Suriyaya zərbələr endirib.

İddia olunur ki, Suriyanın hava hücumundan müdafiə sistemləri İsrail hərbçilərinin Qolan təpələrindən atdığı bəzi raketləri vura biliblər.

 

31.03.2023 17:33
823