İsrail səfirliyi Azərbaycanı təbrik edib

İsrailin Azərbaycandakı səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Zəfər Günün mübarək, Azərbaycan! Bütün regiona sülh, firavanlıq və ümid dolu gələcək arzulayırıq", - paylaşımda bildirilib.

08.11.2023 12:21
621