İsrail səfiri: "Zəngilanda bir ildən az müddətdə böyük iş görülüb"

İsrailin Azərbaycandakı səfiri Corc Dik Zəngilana səfər edib.

Musavat.com xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.

“Bu yaxınlarda İsrail şirkətlərinin öz texnologiyaları və nou-hauları ilə təmsil olunduğu Zəngilanın "Ağıllı kənd"inə gözəl səfərimiz olub. 1 ildən az müddətdə böyük iş görülüb. Ərzaq təhlükəsizliyi Zəngilanda və hər yerdə böyüyən tərəfdaşlığımızın önəmli hissəsidir”, - C.Dik qeyd edib.

30.05.2022 15:26
623