İsrail qırıcıları Livana zərbələr endirdi: “Hizbullah”ın bazaları vuruldu

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şərqində “Hizbullah”ın arxa bazalarına raket zərbələri endirib.

Musavat.com xəbər verir ki, bu barədə Al Jadeed telekanalı məlumat yayıb. Telekanal bildirib ki, zərbələr xüsusi ilə şiə birləşmələrinin silah və sursat anbarlarının olduğu Baalbek şəhərinin ətrafına endirilib.

Hücumdan sonra bir neçə güclü partlayış səsi eşidilib.

 

Şahanə Rəhimli
Musavat.com

18.09.2024 23:30
291