İsrail ordusu oktyabrın 27-dən bu yana Qəzzaya 4300 hücum həyata keçirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Ordudan verilən açıqlamada İsrail quru qoşunlarının Qəzza zolağında hücumlarını davam etdirdiyi bildirilib.
Qeyd edək ki, İsrail ordusu bundan əvvəl oktyabrın 7-dən Qəzza zolağına 15 mindən çox hücum təşkil etdiyini bildirmişdi.