İsrail Qəzzada HƏMAS qüvvələrinin əksəriyyətinin məğlub olduğunu elan edib

İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının batalyon və briqadalarının əksəriyyətinin məğlubiyyətə uğradığını açıqlayıb.

"Report" xəbər verir ki, nazirin bəyanatını İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

“Son 11 ayda Qəzzada HƏMAS briqadaları və batalyonlarının əksəriyyəti məğlub edilib, HƏMAS-ın hərbi rəhbəri Məhəmməd əl-Deyf və digər yüksək rütbəli terrorçular məhv edilib”, - nazir deyib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki məscidə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, onu və Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb.

30.08.2024 00:14
238