İsrail Qəzza zolağında buna İCAZƏ VERDİ

İsrail Qəzza zolağında xəstəxanalara yanacaq verilməsinə icazə verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.

"Lazım gələrsə, yerli xəstəxanalar üçün yanacaq Qəzza zolağına buraxılacaq", - o deyib.

 Halevinin sözlərinə görə, İsrail hərbçiləri Qəzzanın içərisindədir və şəhəri bir neçə tərəfdən mühasirəyə alıb.

Musavat.com

02.11.2023 18:37
1029