İsrail Qəzza ilə bağlı QƏRAR VERDİ - İyulun 26-dan...

İsrail Müdafiə Qüvvələri (IDF) iyulun 26-dan etibarən Qəzza zolağına humanitar yardımın havadan buraxılmasını bərpa edəcək.

Musavat.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hava əməliyyatı beynəlxalq humanitar təşkilatlarla və IDF-lə koordinasiya şəraitində, İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərini əlaqələndirən qurum və Hərbi Hava Qüvvələrinin rəhbərliyi ilə həyata keçiriləcək.

Açıqlamada həmçinin vurğulanıb ki, BMT-yə məxsus humanitar karvanların təhlükəsiz keçidini təmin etmək məqsədilə xüsusi humanitar dəhlizlərin yaradılması barədə qərar qəbul olunub.

Musavat.com

27.07.2025 00:30
643