İsrail prezidenti Azərbaycana səfər edəcək

İsrail Prezidenti İshak Hersoq strateji əlaqələri gücləndirmək məqsədi ilə çərşənbə axşamı Azərbaycana səfər edəcək.

İki günlük səfər zamanı Hersoq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyi və İsrailin müstəqilliyinin 75-ci ildönümü ilə bağlı xüsusi tədbirdə iştirak etməyi planlaşdırır.

Həmçinin, İsrail və Azərbaycan dövlət başçılarının birgə nahar etməsi də nəzərdə tutulub.

Mənbə: The Jerusalim Post

28.05.2023 18:27
618