İsrail polisi İranın ölkə vətəndaşlarını əməkdaşlığa cəlb etməklə İsrail rəsmilərinə sui-qəsd cəhdinin qarşısını alıb.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) məlumatına görə, Təl-Əviv yaxınlığındakı Rametqan bölgəsində İrana casusluq etməkdə günahlandırılan iki nəfər saxlanılıb.
Bildirilib ki, telegram tətbiqi vasitəsilə İranın kəşfiyyat orqanları daha öncə 30 yaşlı Vladislav Viktorsonu, sonra isə onunla münasibəti olan 18 yaşlı Anna Bernşteyni pul qarşılığında İrana casus kimi əməkdaşlığa cəld edib.
Musavat.com