İsrail parlamentindən BMT ilə bağlı QƏRAR

İsrail Knesseti (parlament) Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) ölkə daxilində fəaliyyətinə qadağa qoyan qanun layihəsini təsdiq edib.

Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qanun layihəsi ikinci, üçüncü və yekun oxunuşlarda qəbul edilib. 92 deputat qanunun lehinə, 10 deputat isə əleyhinə səs verib.

Məlumata görə, bundan sonra İsrail ordusu Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsində BMT-nin Yaxın Şərq agentliyinin himayəsi altında olan məktəb binasını yandırıb.

Musavat.com

29.10.2024 09:59
607