İsrail ordusunun sözçüsü: “Quru əməliyyatına hazırlaşırıq”

İsrail ilə Fələstin arasında başlayan əməliyyatlar 6-cı günündə də davam edir. Hazırda gündəmi zəbt edən məsələlərdən biri də, İsrailin quru əməliyyatlarına başlayıb-başlamayacağıdır.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə bağlı İsrail ordusunun sözçüsü açıqlama verib.

O, bildirib ki, ordu quru əməliyyatına hazırlaşır:

“Quru əməliyyatlarına hazırlaşırıq. Quru əməliyyatı ilə bağlı qərar hələ verilməyib".

12.10.2023 11:21
559