İsrail ordusu yüzlərlə terrorçunu görün harada saxladı

Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasında əməliyyat davam edir və indiyədək terrorda şübhəli bilinən 500-dən çox şəxs saxlanılıb.

Bu barədə İsrail ordusunun bəyanatında deyilir.

“İndiyədək biz 500-dən çox şübhəli şəxsi saxlamışıq, onlardan 358-i HƏMAS və İslami Cihad qruplarına aiddir”, - deyə məlumatda bildirilib.

Vurğulanıb ki, xəstəxana binalarının içərisində döyüşlər davam edir. Terrorçular hazırda təcili tibbi yardım şöbəsinin ərazisində barrikadadadırlar və xəstələr başqa binaya təxliyə edilir. (Report)

22.03.2024 16:22
1079