İsrail ordusu Suriyaya daxil olub

İsrail hərbçiləri ölkənin cənubundakı Əl-Kuneytra vilayətində bir neçə yaşayış məntəqəsinə girərək nəzarət-buraxılış məntəqələri qurublar.

Musavat.com Suriya dövlət agentliyi SANA-ya istinadən xəbər verir ki, Məlumata görə, beş hərbi texnikadan ibarət kolon­na işğal olunmuş Colan təpələri ilə sərhəddə yerləşən ər-Rafid şəhərinə daxil olub. Digər bir kolon­na isə vilayətin mərkəzində, Dəməşqdən 70 km məsafədə yerləşən Ruvayhina qəsəbəsinə irəliləyib.

Bildirilib ki, İsrail qüvvələri bir neçə saat sonra bölgədən geri çəkiliblər.

Musavat.com

10.08.2025 02:38
776