İsrail ordusunun əsgərləri və keçmiş fələstinli məhbusların ifadələrinə əsasən, İsrail tutulmuş Qəzza sakinlərini həyat üçün təhlükəli tapşırıqları yerinə yetirməyə məcbur edir.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
Müsahibə verən sakinlərdən biri, Şubeyr soyadlı tələbə, "əsgərlər məni minaya düzülmüş binaya it kimi göndərdilər. Düşünürdüm ki, bu, həyatımın son saniyələridir," — deyə bildirib.
Qəzet bu cür taktikaları tətbiq edən ən azı 11 dəstənin olduğunu və çox vaxt bunun İsrail kəşfiyyat ofisləri ilə əlaqəli olduğunu vurğulayır.