İsrail Müdafiə Qüvvələrinin (IDF) qırıcıları, helikopterləri və artilleriyası ötən gecə Qəzza zolağında HƏMAS hərəkatı və “İslami-Cihad” qruplaşmasının 500-dən çox hədəfini vurub.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, HƏMAS-ın 7 komanda mərkəzi vurulub.
Məlumata görə, İDF çoxmərtəbəli binalara da zərbələr endirib. Belə ki, binaların birində HƏMAS-ın katibi və təşkilatın qərar qəbul edən qrupunun üzvü Ruhi Maştaanın iqamətgahı yerləşib.
Bundan əlavə, Beyt-Hanun bölgəsində terrorçulara məxsus üç tunel və HƏMAS-ın iki əməliyyat məntəqəsi vurulub.
Musavat.com
@@TVmusavat/70557@@