İsrail ordusu Qəzza zolağında 4 girovun öldüyünü təsdiqləyib

İsrail Müdafiə Ordusu oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən 4 girovun öldüyünü təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Xaqari bildirib.

Həmin şəxslərin adları açıqlanıb: Eliyahu Marqalit, Mia Qoren, Ronen Enqel və Arye Zalmanoviç.

D.Xaqari bildirib ki, onların ailələrinə artıq məlumat verilib. Lakin İsrail ordusunun nümayəndəsi girovların necə və nə vaxt öldüyünü açıqlamayıb.

02.12.2023 10:40
366