İsrail ordusu İordaniya ilə sərhədin mühafizəsi üçün yeni diviziya yaradacaq.
“Report”un məlumatına görə, bu barədə Ordunun Mətbuat xidməti açıqlama verib.
Qeyd edilir ki, müdafiə naziri Yoav Qalant və İsrailin Baş Qərargah rəisi Herzi Halevi, İordaniya ilə sərhədin mühafizəsi məqsədilə şərq diviziyasının yaradılmasını təsdiqləyib. Bu, müharibə dərsləri və vəziyyət qiymətləndirmələri nəzərə alınaraq, İsrail ordusunun gücünü artırmaq planlarına uyğun olaraq həyata keçirilir.
Diviziyanın əsas vəzifələri arasında sərhəd bölgəsində müdafiəni gücləndirmək, terror aktlarının və qaçaqmalçılığın qarşısını almaq, eləcə də sərhədin qorunması və İordaniya ordusu ilə əməkdaşlığın gücləndirilməsi yer alır.
"Diviziya İsrail ordusunun Mərkəzi Komandanlığına tabedir," - mətbuat xidməti əlavə edib.