İsrail ordusu Livanı atəşə tutdu

Livanın cənubunda yerləşən bir neçə yaşayış məntəqəsi İsrail ordusu tərəfindən vurulub.

APA xəbər verir ki, Bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Məlumatda zərbələrin xüsusilə Aita əş-Şaab, Əl-Dahira, Ən-Nakura və Hula kəndlərinə endirildiyi bildirilir.

Ed-Dahirdə 4 nəfər mərmilərin qurbanı olub, iki nəfər isə yaralanıb. 

21.08.2024 03:52
191