İsrail ordusu Livanda “Hizbullah”ın yüksək rütbəli hərbçisini məhv edib - VİDEO

İsrail ordusu Livanın Əl-Bəzuriyə bölgəsində həyata keçirilən hava hücumu nəticəsində “Hizbullah” hərəkatının raket qüvvələrinin komandir müavini Əli Abed Əl-Həssən Naimin məhv edildiyini bildirib.

Qeyd olunub ki, öldürülən şəxs mühüm bilik mənbəyi və raket sahəsində lider olub.

Bundan başqa, o, İsrail mülki əhalisinə hücumların planlaşdırılmasında iştirak edib.

29.03.2024 23:38
731