İsrail ordusu HƏMAS rəsmisini məhv etdi – SENSASİON DETALLAR

 İsrailin hava zərbəsi nəticəsində HƏMAS sözçüsü Abdel Lətif əl-Kanuə həlak olub.

Musavat.com xəbər verir ki, o, Qəzza zolağının şimalındakı Cəbəliyyə şəhərində çadırda olduğu zaman İsrail aviasiyası həmin əraziyə zərbə endirib.

Reuters agentliyinin məlumatına əsasən, bu hücum HƏMAS-ın komandirlərinə qarşı həyata keçirilən son əməliyyatlardan biri olub.

Hadisə bölgədə gərginliyi daha da artırıb.

Musavat.com

27.03.2025 08:39
846