İsrail Ordusu BUNA hazırlaşır - VİDEO

İsrail Qəzzaya qarşı quru əməliyyatlara hazırlaşır. 

Musavat.com xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Conatan Konrikus videomüraciət yayıb.

Conatan Konrikus videomüraciətində deyib: 

- Biz 360 mindən çox ehtiyat qüvvəni səfərbər etmişik.

- Əksəriyyət, təxminən 300 000 nəfər İsrailin cənubunda yerləşdirilib.

- Mən piyada, zirehli texnika, artilleriya, hərbi mühəndislər və hərbi kəşfiyyatdan danışıram.

- Hazırda onlar bölmələrin tərkibində cənubda missiyaları yerinə yetirməyə hazırdırlar.

- Biz həmçinin şimalda daha çox ehtiyat qüvvələr yerləşdirmişik

- Bu, silahlı qüvvələr üçün vacib səfərbərlikdir.

- Tariximiz boyu belə hal olmayıb. Nə Yom Kippur müharibəsi zamanı, nə də ondan əvvəl biz cəmi 48 saat ərzində bu qədər insanı səfərbər etməmişdik. 

 

Musavat.com 

11.10.2023 21:25
1508