“F-15 qırıcılarından Hizbullahın Beyrutdakı yeraltı qərargahına zərbələr endirilib və nəticədə şiə hərəkatının lideri Həsən Nəsrullah öldürülüb”.
Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qırıcılar İsrail Hərbi Hava Qüvvələrinin Hatzerim bazasından missiyaya qalxıblar.
Ordunun Galei radiosu İsrail qırıcılarının Beyrutdakı Hizbullah qərargahına hər biri 1 ton ağırlığında 85 “bunker bombası” atdığını bildirib.
İsrail Müdafiə Qüvvələri daha əvvəl bildirib ki, Nəsrullah sentyabrın 27-də Beyrutda İsrail hava qüvvələrinin hücumu nəticəsində öldürülüb. Ordunun saytında deyildiyi kimi, bu əməliyyatın kod adı “Yeni nizam” olub.
Şahanə Rəhimli
Musavat.com