İsrail NARAHATDIR - HƏMAS-dan daha DƏHŞƏTLİSİ...

İsrail Müdafiə Qüvvələrinin Qəzzada HƏMAS-ı məhv etmək məqsədi daşıyan əməliyyatı daha pis təşkilatın yaradılmasına gətirib çıxara bilər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Conatan Konrikus bildirib.

O, HƏMAS-ın hərəkətlərini zorakılığın bariz nümunəsi adlandırıb.

Eyni zamanda Konrikus qeyd edib ki, daha radikal qruplaşmanın yaranmasının müəyyən ehtimalı var.

"Biz nifrət qruplarından narahatıq. Lakin HƏMAS-dan daha pis nümunə tapmaq çətindir, baxmayaraq ki, cihadçı hərəkatların bizə başqa sürprizlər gətirməyəcəyinə ümid edirik", - o deyib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail "Dəmir Qılınclar" əməliyyatına başlayıb.

Musavat.com

31.10.2023 10:47
2677