Yaxın Şərqdə gərginlik daha da artır.
Musavat.com xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-a sərt xəbərdarlıq edib.
Nazirin sözlərinə görə, bu gün Qəzza üzərində “güclü bir qasırğa” baş verəcək və “terror qüllələrinin damları titrəyəcək”:
“Bu, HƏMAS-ın qatil və təcavüzkarlarına son xəbərdarlıqdır – həm Qəzzadakı, həm də xaricdəki dəbdəbəli otellərdə gizlənənlərə də. Girovları azad edin və silahları yerə qoyun. Əks halda Qəzza yerlə-yeksan ediləcək, siz isə məhv ediləcəksiniz”.
Kats əlavə edib ki, İsrail ordusu plan üzrə hərəkətini davam etdirir və Qəzzadakı vəziyyəti həll etmək üçün əməliyyatın genişləndirilməsinə hazırlaşır.
Musavat.com