İsrail müdafiə naziri İranı HƏDƏLƏDİ: "Cavab dəqiq və ölümcül olacaq"

İsrailin müdafiə naziri Yoav Qalant oktyabrın 1-də raket hücumuna cavab olaraq tezliklə İrana zərbə endirəcəyini vəd edib.

Musavat.com “The Times of Israel” -ə istinadən xəbər verir ki, nazir bunu Qəzza zolağında saxlanılan girovların bir qrup qohumu ilə görüşdə deyib.

Məlumata görə, Qalant İsrailin İranın hücumuna tezliklə cavab verəcəyini deyib. "Bu, dəqiq və ölümcül cavab olacaq", - nazir əlavə edib.

Bundan əvvəl Kan dövlət televiziya və radio şirkəti İsrailin baş naziri Benyamin Netanyahunun Qalant və bəzi digər nazirlərlə İrana hücumun parametrləri və vaxtı ilə bağlı razılığa gəldiyini, İsrail Nazirlər Kabinetinin yekun təsdiqini gözlədiyini bildirmişdi.

Nigar Həsənli,
Musavat.com

15.10.2024 18:18
584