İsrail müdafiə naziri ƏMR ETDİ: Livanla sərhəddə...

İsrailin müdafiə naziri Yoav Qalant ölkənin şimalında, Livan sərhədi yaxınlığında yerləşən yaşayış məntəqələrinin boşaldılması üçün hazırlıqlara başlanılması barədə göstəriş verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirin sözlərinə görə, o, bu əmri bazar günü bir sıra hərbi liderlərin iştirak etdiyi görüş zamanı verib.

"Qalant Qəzza zolağı yaxınlığındakı icmalardan mülki əhalinin təxliyyəsinə görə rəsmilərə təşəkkür edib. Nazir müdafiə strukturlarına İsrailin şimalında oxşar evakuasiya planlarının həyata keçirilməsinə hazırlaşmaq üçün tapşırıqlar verib", - məlumatda deyilir.

Bundan əlavə, müdafiə naziri Qəzza zolağı yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinlərinə silah və sursatların verilməsi barədə göstəriş verib.

Musavat.com

08.10.2023 20:01
2273