İsrail Maliyyə Nazirliyi ölkə üçün iqtisadi artım proqnozunu endirdi

İsrailin Maliyyə Nazirliyi 2024-2025-ci illərdə ölkədə iqtisadi artıma dair proqnozu aşağı salıb. Buna səbəb davam edən müharibə və hərbi əməliyyatların genişlənməsidlr.

Musavat.com The Times of Israel-ə istinadən xəbər verir ki, hazırkı proqnozda ÜDM-in bu il 0,4 faiz, gələn il isə 4,3 faiz artacağı əksini tapıb.

Sentyabrda nazirlik müvafiq olaraq 1,1 faiz və 4,6 faiz artım proqnozlaşdırmışdı: “Sentyabrın əvvəlindəki proqnozumuz 2025-ci ilin birinci rübünə qədər davam edən döyüş ssenarisinə əsaslanıb və döyüş əməliyyatlarının daha da intensivləşməsini və ya digər cəbhələrə genişlənməsini nəzərdə tutmayıb. Hazırda bu ehtimal döyüşlər sentyabrın sonuna qədər şimala yayıldığı üçün daha aktualdır".

Oktyabrın əvvəlində İsrail Bankı 2024-cü ildə iqtisadi artım proqnozunu iyulda gözlənilən 1,5 faizlə müqayisədə 0,5 faizə, 2025-ci ildə isə 4,2 faizdən 3,8 faizə endirib.

 

Musavat.com

29.10.2024 22:59
195