İsrail Livanı bu bombalarla VURUR

Xəbər verdiyimiz kimi, İsrail ordusu bu axşam yenidən Livana zərbələr endirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Livanın cənubunda 2,3 tonluq "GBU-28" bombalarından istifadə edib.

Qeyd edək ki, "GBU-28" ilk dəfə 1991-ci ildə silahlanmaya qəbul edilmiş 2,3 ton ağırlığında idarə olunan hava bombasıdır. Bomba lazer yönləndirmə sistemi ilə təchiz edilib və 30 metrdən çox torpağa və ya 6 metr betona nüfuz edə bilir.

Məlumata görə, bu sursatlar 1991-ci ildə Bağdadda yeraltı bunkerlərə və bomba sığınacaqlarına qarşı uğurla istifadə edilib, lakin bəzi istehkamlar bu bombardmanlara tab gətirib. 2011-ci ilin avqustunda Liviya üsyançı qüvvələrinin Tripoliyə hücumu zamanı ABŞ Hərbi Hava Qüvvələri Qəddafinin Bab əl-Əziziyyə iqamətgahındakı bunker sisteminə "GBU-28" bombası atıb.

Musavat.com

22.09.2024 00:42
515