İsrail Müdafiə Qüvvələri (IDF) Cənub Livanda həyata keçirdiyi hava zərbələri nəticəsində "Hizbullah" hərəkatının üç sahə komandanının məhv edildiyini elan edib.
Musavat.com-un məlumatına görə zərbələr Tibbiniyə bölgəsində endirilib və nəticədə "Hizbullah"ın Cənub cəbhəsinin baş komandiri Abbas Salam öldürülüb.
Bundan əlavə, "Hizbullah"ın kommunikasiya üzrə baş eksperti Rada Abbas Avada və silah istehsalı bölməsinin rəhbəri Əhməd Əli Hüseyn də məhv edilib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.