İsrail İranın hücumuna cavab vermək üçün potensial hədəflər siyahısını məhdudlaşdırıb.
Musavat.com “NBC News”a istinadən xəbər verir ki, ABŞ-ın rəsmi şəxsləri əsas hədəflərin İranın hərbi və enerji obyektləri olacağını bildirirlər.
Mənbələr vurğulayır ki, İsrailin nüvə obyektlərinə hücum etməyi və ya sui-qəsd planları olmadığına dair heç bir göstəriş yoxdur.
Bununla yanaşı, cavabın necə və nə zaman veriləcəyinə dair son qərar hələ də verilməyib.
Digər tərəfdən, İran Xarici İşlər Nazirliyi bildirib ki, ölkə müharibə vəziyyətinə tamamilə hazırdır, lakin sülh üçün çalışır.
Musavat.com