İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin kəşfiyyat xidmətinin komandiri, general Yusif Omid Zadə Dəməşqdə İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində öldürülüb.
Musavat.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı İran İslam İnqilabı Keşikçiləri Korpusu komandanlığının Tehranda yayılan bəyanatına istinadən məlumat yayıb.
Raket zərbələri iranlı hərbi müşavirlərin yaşadığı Dəməşqin qərbindəki Mezze məhəlləsindəki malikanələrdən birinə endirilib. General Omid Zadə ilə birlikdə daha dörd iranlı zabit öldürülüb. Hücumda üç təyyarə iştirak edib. Zərbələr nəticəsində məsləhətçilərin yaşadığı dördmərtəbəli ev tamamilə dağılıb.
Musavat.com