İsrail İran casuslarını həbs etdi

 

İsrailin təhlükəsizlik orqanları ölkənin üç vətəndaşının İrana işləməkdə ittiham edilərək saxlanıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.

Şübhəlilərdən biri daha iki nəfərlə birlikdə İsrail vətəndaşlarına təhdid mesajları göndərəməkdə günahlandırılan Qüds yaxınlığındakı Beyt Şemeş şəhərindən olan 21 yaşlı gənc Elimelek Eşterindir.

Qeyd olunub ki, bu, İsraildə və ya digər ölkələrdə İran hökumətinə casusluq  ittihamı ilə ilk həbs deyil.

17.07.2024 09:08
596