İsrail Yəmənin Hudeydə limanına hava zərbəsi endirib.
Musavat.com-un “Reuters”ə istinadla məlumatına görə, nəticədə yanacaq çənləri zədələnib.
İsrail əvvəllər də Hudeydəyə zərbələr endirib, lakin son xəbərlərə münasibət bildirməyib.
Yəmən husi üsyançılarının xəbər agentliyi İsrailin Hudeydə təcavüzünə cavab olaraq bəyanat yayıb və bildirib: “Yəmənin dəstək cəbhəsi dayanmayacaq, sionist düşmənə qarşı zərbələrimiz davam edəcək”.
Musavat.com