İsrailin ən böyük qaz yataqlarından biri olan “Tamar”da hasilat və ixrac bərpa olunub. "Financial Times"ın sənaye mənbələrinə istinadən yazdığına görə, İsrail Energetika Nazirliyi ABŞ-ın “Chevron” şirkəti Aralıq dənizinin şərqində yerləşən “Tamar” yatağından təbii qaz tədarükünü bərpa edib.
Qəzetin mənbələri bildiriblər ki, yataqda hasilatın bir neçə gün ərzində tam gücünə çatacağı gözlənilir.
Qeyd edək ki,oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu başlandıqdan az sonra İsrail hökuməti təhlükəsizlik baxımından yataqda hasilatın və ixracın dayandırılmasına qərar vermişdi. “Tamar” İsrailin elektrik stansiyaları və sənayesi üçün əsas qaz mənbəyidir.
Musavat.com