Qəzzanı qan gölünə çevirən və 30 mindən çox fələstinlini öldürən İsrail bu dəfə Livanın cənubuna hava hücumu təşkil edib.
Musavat.com xəbər verir ki, Təl-Əviv rəhbərliyi hücumda Hizbullahın yüksək rütbəli komandirlərindən Həsən Hüseyn Səlaminin öldürüldüyünü açıqlayıb.
Selaminin ölümü ilə 8 oktyabrdan bəri sərhəddə baş verən qarşıdurmalarda öldürülən Hizbullah üzvlərinin sayı 218-ə yüksəlib.
Hücumla bağlı açıqlamanı İsrail ordusu Hizbullah təsdiqləyib.
Musavat.com