İsrail “Hizbullah”a zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcılar Livanın cənubunda “Hizbullah”ın iki buraxılış qurğusuna zərbələr endirib.

Musavat.com bu barədə İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verir. 

“Ötən gecə Livanın cənubundakı Mənsuri və Taybe bölgələrində yerləşən raket qurğularına zərbələr endirilib. Onlar İsrail ərazisinə qarşı istifadəyə hazır idilər”, - deyə ordunun mətbuat xidmətindən bildirilib.

Musavat.com

20.08.2024 09:44
225