İsrail hərbi yolla Qəzzada daha artığına nail ola bilməyəcək – “Nyu-York Tayms”

ABŞ hesab edir ki, İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı mübarizədə imkanlarının son həddinə çatıb və böhranın sonrakı həlli yalnız diplomatik üsullarla mümkündür.

Musavat.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti öz mənbələrinə istinadla yazır.

Nəşrin qeyd edib ki, İsrailin müdafiə qüvvələri qat-qat artıq iş görməyə müvəffəq olub - indi İsrail hərbçiləri Qəzzada “sərbəst hərəkət edə bilir”, HƏMAS liderlərinin yarısı məhv edilib, Misirdən Qəzzaya təchizat İsrail tərəfindən nəzarətə götürülüb. Lakin ABŞ administrasiyasının nümayəndələri əmindirlər ki, girovların hərbi yolla qaytarılmasına nail olmaq mümkün deyil.

Amerikanın yüksək rütbəli rəsmiləri etiraf edirlər ki, İsrail Fələstinin radikal HƏMAS hərəkatını ciddi şəkildə zəiflətsə də, İsrail ordusu onu tam məhv edə bilməyəcək. Nəşr qeyd edir ki, növbəti bombardmanlar yalnız sektordakı mülki əhalinin vəziyyətini pisləşdirəcək və israilli girovların evlərinə qayıtmasına kömək etməyəcək.

Musavat.com

 

15.08.2024 10:55
250