İsrail HƏMAS və Hizbullah liderlərini öldürmək üçün 2006-cı ildən iş aparırmış - ŞOK FAKTLAR

Əl-Əqsa tufanı əməliyyatının ildönümünə bir həftə qalmış Yaxın Şərqdə gərginlik yenidən ən yüksək həddə çatıb. İsrail sərhədlərindən kənarda həyata keçirdiyi kəşfiyyat əməliyyatları ilə HƏMAS və Hizbullah liderlərinə qarşı əməliyyatlar törətməyə davam edir. HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehrandakı iqamətgahında öldürüldükdən sonra bu həftə Hizbullah lideri Nəsrullah da bunkeri deşən raketlərlə öldürülüb.

İsrailin 2006-cı ildən bu qrupa sızmaq üçün kəşfiyyata sərmayə qoyduğu iddia edilib.

Amerikanın "New York Times" qəzeti İsrailin 2006-cı ildə İkinci Livan Müharibəsi bitdikdən sonra Hizbullahın içinə dərin nüfuz etmiş güclü kəşfiyyat aparatının yaradılması üzərində çalışdığını yazıb. Xəbərdə Hizbullahın komanda strukturunu böyük ölçüdə ortadan qaldıran, rabitə şəbəkəsinə böyük ziyan vuran və son nəticədə lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən hücumları İsrailin illər ərzində qurduğu kəşfiyyat gücü sayəsində reallaşdırdığı bildirilib.

Qəzetə danışan ABŞ və İsrail mənbələri bildiriblər ki, Hizbullah lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən dəqiq hücum 2006-cı ildəki müharibədən sonra Təl-Əvivin Hizbullah haqqında kəşfiyyat məlumatlarının toplanmasına həddən artıq çox vəsait sərf etməsinin birbaşa nəticəsidir. İsrail o vaxtdan bəri "dünyanın ən yaxşılarından biri" hesab edilən kəşfiyyat məlumat toplama əməliyyatını gücləndirib. Hizbullah üzvlərinin elektron cihazlarının partlamasına səbəb olan hücumun arxasında duran kəşfiyyat bölməsi olan "Troop 8200" qrupun rabitə şəbəkəsini ələ keçirmək üçün ən müasir kiber alətlər hazırlayıb.

Qeyd edək ki, burada əldə edilən məlumatların operativ şəkildə hərbi cinahlara çatdırılmasını təmin etmək üçün döyüş sıralarında yeni komandalar yaradılıb./BAKU.WS

30.09.2024 11:05
364