İsrail HƏMAS-ın qurucularından birini məhv edib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərində HƏMAS hərəkatının qurucularından birinin məhv edildiyini açıqlayıb.

Musavat.com İDF-in mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir ki, söhbət təşkilatın hərbi qanadında qərargah rəisi vəzifəsində çalışmış Haham Məhəmməd İsa əl-İssadan gedir.

Mətbuat xidməti qeyd edib ki, “əl-İssa 2023-cü il oktyabrın 7-dən əvvəl təşkilatda rəhbər vəzifələr tutan və Qəzza zolağında qalan HƏMAS-ın sonuncu yüksək rütbəli simalarından biri olub”. Bundan əlavə, o, Qəzza zolağından HƏMAS yaraqlılarının İsrailin sərhəd şəhərlərinə hücumun –“7 oktyabr qırğınının planlaşdırılması və həyata keçirilməsində mühüm rol oynayıb": "İDF 7 oktyabr qırğınında iştirak etmiş müxtəlif terror təşkilatlarından bütün terrorçuları tapmaq və məhv etmək üçün qətiyyətlə hərəkət etməyə davam edəcək".

Musavat.com

29.06.2025 02:29
711