İsrail hökuməti Fələstindəki vəziyyətlə bağlı araşdırmalarda Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlıqdan imtina edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lior Ben-Dor bildirib.
"Biz vətəndaşlarımızın hüquqlarını qoruduğumuz və terrorla mübarizə apardığımız üçün Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməyəcəyik", - o deyib.
İsrail rəsmisi BCM ilə qarşılıqlı əlaqədən imtinanı ölkəsinin bu idarənin komissiyalarına etibar etməməsi ilə izah edib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başlayıb.
Musavat.com